BAKI, 21 yanvar. TELEQRAF
“Cəsur iranlılar küçə, ev və hətta xəstəxanalarda terrorçu rejimin əli ilə qətlə yetirilirlər. Açıq şəkildə ABŞ və İsrailə “ölüm” şüarları səsləndirən bu rejim dayandırılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı üzvü Co Vilson X-də yazıb.
Konqresmen Rusiyanın Ukraynaya hücumuna toxunaraq bunu “Prezident Vladimir Putinin cinayəti adlandırıb və əlavə edib:
“Müharibə cinayətkarı Putin və terrorçu Xamenei mədəni dünya üçün xərçəngdir. Bu təhlükəli xəstəlik düzgün və qətiyyətli addımlarla nəzarət altına alına bilər, onun yayılmasına icazə verilməməlidir”.