BAKI, 5 yanvar. TELEQRAF
“İran xalqı açıq şəkildə rejimə etiraz edir, çünki artıq bu cür yaşamaq istəmir”.
Teleqraf xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem İranda davam edən etiraz aksiyaları barədə danışarkən deyib.
Siyasətçi İranı “dünyanın ən böyük terrorizm sponsoru” adlandırıb.
“Ümid edirəm ki, 2026-cı il İranda dəyişiklik ili olacaq”, - Qrem vurğulayıb.
Senator əlavə edib ki, ABŞ-nin keçmiş prezidenti Barak Obamadan fərqli olaraq, hazırkı dövlət başçısı Donald Trampın İran xalqını tək qoymur.