BAKI, 30 dekabr. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynada müharibənin dayandırılması ilə bağlı heç bir güzəştə getməyib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin sabiq dövlət katibi Mayk Pompeo deyib.

“Fikrimcə, Vladimir Putin hələ heç nədən geri çəkilməyib. Bildirilir ki, 90 faiz razılaşma əldə olunub, amma mən şübhə edirəm ki, Vladimir Putin qalan 10 faizin onun üçün imtina ediləsi bir şey olduğuna inanır”, - Pompeo bildirib.

O əlavə edib ki, söhbət həm ərazi məsələlərindən, həm də Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsindən gedir:

“Bu, təhlükəsizlik zəmanətinin bir hissəsidir. Əminəm ki, bu Putin üçün zəhərli bir həbdir”.