BAKI, 12 dekabr. TELEQRAF
“ABŞ-nin təklif etdiyi sülh planı yalnız Ukrayna Prezidenti Volodimir Zelenskiyə xoş gəlmir, komandası isə sənədə daha müsbət yanaşır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürdüm ki, Rusiya və Ukrayna ilə razılaşma əldə etməyə çox yaxın idik. Əslində, Prezident Zelenskidən başqa, onun komandasındakı insanlar bu konsepsiyadan çox məmnun idilər”, - o bildirib.
Trampın sözlərinə görə, ABŞ-nin təklif etdiyi plan 4-5 bənddən ibarətdir, ərazilərin bölüşdürülməsini nəzərdə tutur ki, bu da danışıqları çətinləşdirir.
ABŞ Prezidenti həmçinin diplomatik səylərini öz biznes təcrübəsi ilə müqayisə edərək vurğulayıb ki, Ukraynadakı müharibəni bitirmək daşınmaz əmlak sahəsində müqavilə bağlamaqdan min dəfə daha çətindir.