BAKI, 25 noyabr. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin üstün mövqedə olduğuna inandıqca sülh olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem deyib.

Siyasətçinin sözlərinə görə, ABŞ və dünyanın qalan hissəsinin Rusiya liderinə qarşı hələ istifadə etmədiyi vasitələri var:

“Ümid edirəm, Cenevrədə keçirilən görüşlər səmərəli olacaq, Ukrayna ilə ABŞ bu dəhşətli müharibənin bitirilməsi yolunda razılığa gələcək. Prezident Tramp və komandasının sülhə can atmasını yüksək qiymətləndirirəm, amma mənə aydındır ki, Prezident Putin lider mövqeyində olduğuna inandığı müddətdə sülh olmayacaq. O, sülh yox, kapitulyasiya tələb edir. Bunun qəbul edilməsi dünyada aqressiyanı təşviq edəcək və hamımıza zərbə olacaq. Bu baxımdan, Amerika və dünyanın qalan hissəsinin Putin Rusiyasına qarşı hələ istifadə olunmamış çox güclü kartları var.

Ümid edirəm, tezliklə ədalətli və şərəfli sülh tapılacaq, amma Putin atəşkəs və sülh üzrə kompromisdən imtina etməyə davam edərsə və ancaq kapitulyasiyada israr edərsə, onda ABŞ və dünyanın öz kartlarını başqa cür oynamağa başlasının vaxtıdır”.