BAKI, 16 sentyabr. TELEQRAF

“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə eyni otaqda olmalı olacağam”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Zelenski və Putin bir-birlərinə nifrət edirlər. Deyəsən, onlarla eyni otaqda oturmalı olacağam, çünki onlar bir yerdə ola bilməzlər, nifrət çox güclüdür”, - Amerika lideri qeyd edib.

Donald Tramp bununla Rusiya və Ukrayna liderləri arasında gözlənilən görüşün onun da iştirakı ilə üçtərəfli olacağını bəyan edib.