BAKI, 12 sentyabr. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrim tükənmək üzrədir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Putinə qarşı səbrim tükənir, həm də sürətlə”, - Amerika lideri bildirib.

Tramp Rusiya-Ukrayna müharibəsinin həllində yavaş irəliləyişdən məyus olduğunu qeyd edib.