BAKI, 2 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bu gün mühüm bəyanatla çıxış edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Çıxış Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb, amma onun məzmunu hazırda gizli saxlanılır.
Tədbir Ağ Evin Oval Ofisində jurnalistlərin iştirakı ilə baş tutacaq.
KİV bunun Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh sazişi bağlamaq üçün verdiyi vaxtın bitməsi ilə bağlı olacağını ehtimal edir.
“Roll Call” portalı ABŞ liderinin bəyanatının sürpriz olacağını yazıb.