BAKI. 5 iyul. TELEQRAF
ABŞ-nin Texas ştatında leysan yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqınlar nəticəsində azı 24 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.
Məlumata görə, ölənlər arasında uşaqlar da var və qızların yay düşərgəsindən azı 20 nəfər itkin düşüb.
Bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib, itkin düşənlərin tapılması üçün axtarış və xilasetmə işləri dayanmadan davam etdirilir.
***
01:33
ABŞ-nin cənubundakı Texas ştatında güclü yağışlar daşqınlara səbəb olub.
Teleqraf "New York Times"a istinadən xəbər verir ki, təbii fəlakət zamanı azı 13 nəfər ölüb.
Çoxlu sayda itkin düşən sakinlər olduğundan ölənlərin sayının artacağı ehtimal edilir. Bundan əlavə, Texasdakı yay düşərgəsindən ən azı 20 qızın itkin düşdüyü bildirilir.
Məlumata görə, bölgədə ağaclar aşıb, evlərə və avtomobillərə ziyan dəyib.
Axtarış-xilasetmə işləri davam etdirilir.