BAKI, 24 iyun. TELEQRAF

“ABŞ nüvə obyektlərinə zərbələr endirdikdən sonra İran artıq nüvə silahı yaratmaq iqtidarında deyil”.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“İran nüvə silahına sahib olmağa çox yaxın idi. İndi o, malik olduğu avadanlıqlarla nüvə silahı yarada bilməyəcək, çünki biz onu məhv etmişik”, - ABŞ rəsmisi bildirib.