BAKI, 15 may. TELEQRAF

Aprelin sonunda ABŞ Nümayəndələr Palatasında Prezident Donald Trampa qarşı impiçment layihəsini təqdim edən konqresmen Şri Tanedar demokrat həmkarlarının təzyiqi səbəbindən səsverməni təxirə salmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu bardə “Politico” məlumat yayıb.

Tanedar dünən qanun layihəsini müzakirəyə təqdim etməyib.

“Bir çox həmkarımla danışdıqdan sonra impiçment səsverməsinə məcbur etməmək qərarına gəldim. Bunun əvəzinə impiçment layihəsini tamamlayacağam, həm demokratları, həm də respublikaçıları mənimlə Konstitusiyanın müdafiəsinə cəlb etməyə davam edəcəyəm”, - konqresmen bildirib.