BAKI, 18 aprel. TELEQRAF
"Əgər razılaşma əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, Birləşmiş Ştatlar bir neçə gün ərzində Rusiya-Ukrayna sülh anlaşmasına vasitəçilik etmək cəhdlərini dayandıracaq".
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
“ABŞ Prezidenti Donald Tramp hələ də razılaşmada maraqlıdır, amma bir çox başqa prioritetləri də var və irəliləyiş əlamətləri görünənə qədər davam etməyə hazırdır”, - dövlət katibi bildirib.