BAKI, 15 mart. TELEQRAF

Adam Behler ABŞ prezidentinin girovların problemləri üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev mənbələrinə istinadla “Axios” məlumat yayıb.

Behler Amerika Prezidenti Donald Trampın adından Fələstinin HƏMAS Hərəkatı ilə birbaşa danışıqlara rəhbərlik edib.

Rəsmilər onun daha yüksək vəzifəyə təyin olunacağını bildiriblər.

Ağ Evin sözçüsü Karolin Levit nəşrə deyib ki, Adam Behler girovlarla bağlı danışıqlarda iştirak edən xüsusi hökumət rəsmisi kimi fəaliyyətini davam etdirəcək.

“Axios” onun HƏMAS Həmas nümayəndələri ilə birbaşa görüşən ilk Amerika rəsmisi olduğunu yazıb. Bu danışıqlar Tramp tərəfindən dəstəklənsə də, Senatdakı bəzi respublikaçılar arasında qəzəb doğurub.

Nəşr vurğulayır ki, yeni vəzifə Behlerə Senatın təsdiqinə ehtiyac olmadan fəaliyyət göstərməyə imkan verəcək.

Ötən həftə Trampın xüsusi nümayəndəsi Dohada HƏMAS-ın yüksək rütbəli rəsmiləri ilə iki görüş keçirib. O, hərəkatın Qəzza zolağında saxladığı amerikalı girovların azad edilməsi ilə bağlı danışıqlar aparmağa nail olub.