.jpg)
BAKI, 11 mart. TELEQRAF
ABŞ hökuməti martın 12-də Kanada poladı və alüminiumuna gömrük tariflərini 25% (50%-ə qədər) qaldıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.
“Prezident vəziyyəti qiymətləndirdi və Amerika xalqının maraqları naminə lazımi cavab verməyə borclu olduğunu hiss etdi. Buna görə də o, cari rüsumlara 25% əlavə etmək qərarına gəlib. İndi polad və alüminiuma tariflər 50% olacaq. Qərar sabahdan qüvvəyə minəcək” - Levit qeyd edib.
Levit bildirib ki, Amerika polad sənayesi bu ideyanı dəstəkləyib, çünki bu, Amerika istehsalı olan polad istehsalı və ixracını artıracaq.