BAKI, 8 fevral. TELEQRAF

Pentaqon öz yurisdiksiyasındakı məktəblərdə inklüzivliklə bağlı proqramları məhdudlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post”a ABŞ Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

“Pentaqon öz məktəb sistemində immiqrasiyadan tutmuş psixologiyaya qədər mövzular üzrə kitablara və tədris materiallarına girişi məhdudlaşdırmağa başlayıb", - məlumatda qeyd edilir.

Bildirilir ki, bu tədbirlərə səbəb Tramp administrasiyasının müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına qarşı təzyiqləridir.

Qeyd edilir ki, gender məsələlərinə dair ədəbiyyatlar da Trampın əmrlərinə uyğun qiymətləndiriləcək.