BAKI, 21 noyabr. TELEQRAF

Londonun mərkəzində Böyük Britaniyanın militarizasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, "Müharibəni dayandırın" koalisiyası tərəfindən təşkil edilən nümayişdə yüzlərlə şəxs iştirak edib. Tədbir Londonun mərkəzindəki Əmək və Pensiyalar Departamentinin qarşısında baş tutub. Nümayişçilər nazirliyə təxminən 1500 nəfərin imzası ilə açıq məktub təqdim ediblər. Məktubda hökuməti hərbi büdcəni artırmaq da daxil olmaqla, hərbiləşdirmə siyasətindən imtina etməyə çağırıblar. Bunun əvəzinə, fəallar vəsaitlərin təhsil və səhiyyəyə yönəldilməsini təklif ediblər.

Bir çox etirazçı "Gələcəyimiz uğrunda mübarizə aparın", "Rifahı yox, hərbi xərcləri azaldın" şüarı yazılmış plakatlar qaldırıblar.

Daha əvvəl müdafiə naziri Ues Stritinq bildirib ki, Böyük Britaniya 2030-cu ilə qədər müharibəyə hazır olmalıdır. 6 aprel 2025-ci ildən 5 aprel 2026-cı ilə qədər olan maliyyə ilində ölkənin hərbi xərcləri 62 milyard funt sterlinq (81 milyard dollar) təşkil edib. Müdafiə İnvestisiya Planına əsasən, hərbi xərclər 2030-cu ilə qədər 79,1 milyard funt sterlinqə (103,5 milyard dollar) çatacaq.