BAKI, 21 noyabr. TELEQRAF

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızı 28 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzin yaydığı başsağlığı məlumatında bildirilib.

Qeyd olunub ki, Nigar Hafizqızının vaxtsız vəfatı qurumun kollektivini dərindən sarsıdıb.

Mərkəzin kollektivi mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir və dözüm arzulayıb.