BAKI, 15 sentyabr. TELEQRAF
Hörmüz boğazında sərbəst keçidlərə icazə verilməlidir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, böhranın həlli üçün bütün tərəflərlə təmaslar fasiləsiz davam etdirilir:
“İranda baş verənlər bölgəmizə də təsir göstərir. Problemin ən qısa zamanda diplomatik yolla həll olunmasını istəyirik”.