BAKI, 14 sentyabr. TELEQRAF
Yəmən ordusu “Ənsarallah” Hərəkatının (husilər) Taiz vilayətinin qərbində ələ keçirdikləri mövqeləri geri qaytararaq, irəliləyişini davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələri məlumat yayıb.
Yəmən Hərbi Hava Qüvvələrinin vilayətin müxtəlif istiqamətlərində husilərin toplaşdığı məntəqələrə və ehtiyat qüvvələrinə zərbələri davam etdirdiyi də bildirilib.
Yəmən Silahlı Qüvvələri Əş-Şəmayəteyn rayonunun Cərdad kəndindəki strateji mövqeləri də geri qaytarıb və husiləri vilayətdən çıxarmağa yönəlmiş davamlı əməliyyatlar çərçivəsində Geyl Bəni Ömərə doğru irəliləyib.