BAKI, 3 sentyabr. TELEQRAF
Ankara Baş Prokurorluğu sosial mediadakı paylaşımlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi bildirilən ləğv edilmiş Gələcək Partiyasının sədri və keçmiş baş nazir Əhməd Davudoğlu barəsində cinayət işi açıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Aparılan araşdırma nəticəsində ləğv edilmiş Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin “Prezidenti təhqir etmə” maddəsi üzrə cinayət işi açılıb. Araşdırma müvafiq qanunvericiliyin müddəaları çərçivəsində diqqətlə davam etdirilir”, - qurumun açıqlamasında bildirilib.