BAKI, 1 sentyabr. TELEQRAF
“İsrail ordusu HƏMAS tərksilah və bütün tunelləri məhv edilənədək Qəzza zolağından çıxmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Ordu qüvvələrinin Qəzzadakı əməliyyatı fasiləsiz davam edir. Biz təhdidlərin reallaşmasını gözləmirik, əksinə, HƏMAS terrorçularını təqib edir, onların əməliyyatlarının qarşısını alır və terror infrastrukturlarını məhv edirik”, - o bildirib.
İsrael Kats əlavə edib ki, Qəzza zolağında “təhlükəsizlik zonası”nı keçməyə yönəlmiş istənilən cəhdə sərt cavab veriləcək.