BAKI, 20 avqust. TELEQRAF

İraq parlamentinin sədri Hibət əl-Xalbusi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşdən bir gün sonra həmkarının paylaşdığı fotoya cavab olaraq X sosial şəbəkəsində paylaşım edib.

Teleqraf xəbər verir ki, Xalbusinin paylaşdığı fotonun üzərində “Fars körfəzi” əvəzinə “Ərəb körfəzi” ifadəsi yazılıb.

Məhəmməd Baqir Qalibaf avqustun 19-da Bağdadda İraqın bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən Baş nazir Əli əl-Zeydi və parlament sədri ilə görüşüb.

Xalbusi Qalibafla görüşündə İraq neftinin Hörmüz boğazından ixracı üçün yardım istəmişdi.

Qalibaf isə görüş zamanı bildirib: “ABŞ çıxılmaz vəziyyətdədir, müharibədən çıxması onun nüfuzdan düşməsinə səbəb olacaq”.