BAKI, 14 avqust. TELEQRAF

Suriya Xarici İşlər Nazirliyi İranın Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkətinə (ADNOC) məxsus iki neft tankerini hədəfə almasını kəskin şəkildə pisləyib.

Teleqraf xəbər verir ki, rəsmi Dəməşq bunu “beynəlxalq hüququn və gəmiçilik azadlığı prinsiplərinin açıq şəkildə pozulması” adlandırıb.

Nazirlik bəyanatında bildirib ki, bu hücum dənizlərdə gəmiçiliyin təhlükəsizliyini və regionun sabitliyini təhdid edən təhlükəli addımdır.

Suriya XİN Dəməşqin Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəy olduğunu da bəyan edib və BƏƏ-nin təhlükəsizliyinin və sabitliyinin dəstəkləndiyini, eləcə də regionun təhlükəsizliyini təhlükə altına qoyan istənilən addım qarşısında bu ölkənin maraqlarının qorunmasına dəstək verildiyini vurğulayıb.