BAKI, 6 avqust. TELEQRAF
İran Fars körfəzi ölkələrinə xəbərdarlıq edib ki, əgər ABŞ tərəfindən hər hansı bir hücuma məruz qalarsa, cavab olaraq bu ölkələrin ərazisindəki enerji obyektlərinə zərbələr endirəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi regiondakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Tehran qonşu dövlətlərə açıq mesaj göndərib:
"ABŞ-nin İrana qarşı ehtimal olunan hərbi əməliyyatları halında, Tehran buna cavab olaraq Körfəz ölkələrinin neft və digər mühüm enerji obyektlərini hədəfə alacaq".