BAKI, 5 avqust. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də Pakistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın "The Nation" nəşri məlumat yayıb.

Məlumata görə, Əraqçi səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.

Danışıqlar zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son vəziyyətin müzakirə olunacağı gözlənilir.