BAKI, 31 iyul. TELEQRAF
Küveyt Silahlı Qüvvələri İrana məxsus bir neçə dronu ölkənin hava məkanında məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü Səud Əbdüləziz əl-Ətvan bildirib.
Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, İran dronlarla bir neçə həyati əhəmiyyətli və hərbi obyekti hədəfə alsa da, Küveyt ordusu onları məhv edib.
Əl-Ətvanın sözlərinə görə, dronların zərərsizləşdirilməsi zamanı qəlpələrin düşməsi nəticəsində maddi ziyan dəyib, amma insan tələfatı qeydə alınmayıb.
Küveyt rəsmisi İranın dron hücumlarını “cinayət” adlandırıb.
Həmçinin o vurğulayıb ki, Küveyt Silahlı Qüvvələri tam hazırlıq vəziyyətində öz vəzifələrini yerinə yetirməyə davam edir və ölkənin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq, eləcə də vətəndaşların və ölkə sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək.