BAKI, 30 iyul. TELEQRAF

ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə danışıqlar davam edir. Pakistan isə İslamabad Memorandumunun şərtlərinə əməl olunmasını təmin etmək üçün əlindən gələni edir.

Teleqraf xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tahir Andrabi brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər arasında vəziyyətin və Hörmüz boğazında durumun normallaşdırılması və gərginliyin azaldılması istiqamətində danışıqlar aparılır:

"Pakistan İslamabad Anlaşma Memorandumu və iyunun 22-də imzalanmış birgə Pakistan-Qətər bəyanatının ruhuna uyğun olaraq bütün fikir ayrılıqlarını aradan qaldırmağa çalışır".

XİN rəsmisi həmçinin ABŞ və İranı təmkin nümayiş etdirməyə, eləcə də texniki səviyyədə danışıqların bərpası ilə bağlı öhdəliklərinə sadiq qalmağa çağırıb.