BAKI, 30 iyul. TELEQRAF

İsrail İrana qarşı mübarizə apararkən, əslində, bütün mədəni dünya üçün döyüşür.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu "ABC News" telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, “müttəfiq” adlandırılan ölkələr çox zəifdirlər və ortaya mövqe qoya bilmirlər.

B.Netanyahunun sözlərinə görə, İsrail hamını qorxuya salan rejimə qarşı təkbaşına savaşır:

"Biz İranla döyüşəndə, əslində, həmin o zəif ölkələr üçün də döyüşmüş oluruq. Biz bütün mədəni dünyanın müharibəsini aparırıq".