BAKI, 29 iyul. TELEQRAF
İsrail hərbçiləri Qəzza zolağında məscidin içində yerləşən HƏMAS qruplaşmasına məxsus silah anbarına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər Qəzzanın mərkəzində və şimalında HƏMAS-a məxsus bir neçə silah anbarını məhv ediblər. Anbarlardan birinin məhz məscidin daxilində yerləşdiyi aşkarlanıb.
Qeyd edilib ki, HƏMAS qruplaşması dinc əhalinin yaşadığı yerlərdən və dini binalardan öz hərbi məqsədləri üçün istifadə edir.
Anbardakı silahlar İsrail əsgərlərinə və mülki vətəndaşlara qarşı hücum üçün nəzərdə tutulmuşdu. Zərbədən əvvəl isə xəsarət almamaları üçün dinc əhaliyə qabaqcadan xəbərdarlıq edilib.