BAKI, 29 iyul. TELEQRAF

İsrail ABŞ-nin xəbəri və razılığı olmadan İrana qarşı hərbi addım atmayacaq.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla söhbətində bildirib.

B. Netanyahu yalnız bir halda - əgər İran birinci hücum edərsə, İsrailin mütləq cavab verəcəyini vurğulayıb.

Baş nazir əlavə edib ki, İsrail bu məsələdə ABŞ-yə tam güvənir və Donald Trampın İranla bağlı verəcəyi istənilən qərarı dəstəkləyəcək.

O, Amerikanın bölgədəki ərəb ölkələrinin fikrini nəzərə almasını da anlayışla qarşıladığını qeyd edib.