BAKI, 29 iyul. TELEQRAF

“ABŞ-dən təzyiq və təhdidlərin davam etdiyi şəraitdə danışıqlar aparmaq strateji intihardır”.

Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti yazıb.

Nəşr bildirib ki, ABŞ eyni vaxtda İranda həm təzyiq göstərir, həm də hədələyirsə, belə şəraitdə danışıqlara getmək doğru deyil, Tehran əvvəlki danışıqların aldadıcı təcrübəsinin təkrarlanmasına yol verməməlidir.

Mənbə ABŞ-nin müharibə ilə paralel danışıqlar strategiyasının Vaşinqtonun İranın müstəqilliyi və inkişafına qarşı dərin düşmənçiliyindən irəli gəldiyini iddia edib.

Məqalədə qeyd olunub ki, ABŞ-nin məqsədi sülhə nail olmaq deyil, İranı mərhələli şəkildə təslim olmağa məcbur etməkdir.

“Əgər İran yenidən ABŞ ilə danışıqlara başlayacaqsa, bunu meydanda güclü mövqedən, diplomatiyada inqilabi qətiyyətlə və xalqın dəstəyinə arxalanaraq etməlidir”, - nəşr əlavə edib.