BAKI, 23 iyul. TELEQRAF
“İsrail İranla mümkün müharibəyə hazırlıq səviyyəsini artırıb”.
Teleqraf xəbər verir ki, bunu İsrailin energetika və infrastruktur naziri Eli Kohen deyib.
“İstənilən ssenariyə və mümkün inkişafa hazırıq. Əgər İran səhv qərar verərək İsrailə hücum etməyə cəhd etsə, ona sərt cavab verəcəyik”, - nazir bildirib.