BAKI, 20 iyul. TELEQRAF
Livanda İsrailin hərbi əməliyyatları nəticəsində həlak olanların ümumi sayı 4328 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Məlumata görə, 12 229 nəfər isə yaralanıb.
Həmçinin Beyrut və ətraf rayonların səmasında İsrailin pilotsuz uçuş aparatlarının (PUA) aktivliyinin müşahidə olunduğu bildirilib.