BAKI, 20 iyul. TELEQRAF

ABŞ İran ərazisinə zərbələr endirməkdə davam etdiyi müddətdə Vaşinqtonla danışıqların bərpası qeyri-mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a iranlı mənbə məlumat verib.

"Təəssüf ki, hazırda ABŞ bizə hücum edir. Hücum olarkən biz danışıqlara başlaya bilmərik. Belə bir vəziyyətdə danışıqlardan söhbət açmaq yolverilməzdir", - o vurğulayıb.

Mənbə əlavə edib ki, Vaşinqton danışıqlara qayıtmaq istəyirsə hücumları dayandırmalıdır:

"Əgər danışıqlar istəyirlərsə, ölkəmizi bombalamağa son qoymalıdırlar".