BAKI, 20 iyul. TELEQRAF
İranla davam edən silahlı münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 17 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, İranla döyüşlər başlayandan bəri yaralanan ABŞ hərbçilərinin sayı 400-ü keçib.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 18-də İraqda bir hərbçinin İranın vurulmuş pilotsuz uçuş aparatının sursatını detonasiya yolu ilə məhv edərkən öldüyünü açıqlayıb.
Bundan əvvəl, iyulun 17-də İordaniyada İranın hücumunu dəf edərkən iki ABŞ hərbçisi həlak olub.
Həmin gün itkin düşən daha bir hərbçinin qalıqları isə iyulun 19-da İranın son zərbə endirdiyi ərazidə aşkar edilib.