BAKI, 20 iyul. TELEQRAF
Küveytin hava hücumundan müdafiə qüvvələri İranın pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Küveyt Ordusunun Baş Qərargahı rəsmi "X" platformasında məlumat yayıb.
Qurumdan hərbi əməliyyatla bağlı əlavə təfərrüatlar verilməyib.