BAKI, 10 iyul. TELEQRAF
Türkiyə ilə İsrail arasında açıq münaqişə üçün heç bir səbəb yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən NATO sammitindən sonra "The National" nəşrinə müsahibəsində bildirib.
"İsraildə hələ də strateji düşüncəyə malik, sağlam düşüncəli insanlar var və onların hamısı Baş nazir Benyamin Netanyahu və ətrafındakı şəxslər kimi düşünmür. Netanyahu və onun komandası seçkilər yaxınlaşdıqca yeni düşmən obrazına ehtiyac duyur. Onlar HƏMAS, "Hizbullah" və İranla müharibə apardıqdan sonra insanların onlara rəğbət göstərməsi üçün yeni bir düşmən axtarırlar. Hazırda bunu Türkiyə üzərindən etməyə çalışırlar",- o qeyd edib.