BAKI, 3 iyul. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İranın mərhum ali rəhbəri Əli Xamenei ilə vida mərasimində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei ilə vida mərasimi bu gün başlayıb. O, iyunun 9-da Məşhəd şəhərində dəfn ediləcək.