BAKI, 3 iyul. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
“Görüşdə Gürcüstan və İran arasında mehriban qonşuluq münasibətləri və ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Regionda sülhün və sabitliyin bərqərar olmasının vacibliyinə diqqət yetirilib. Tərəflər Gürcüstan və İran arasında qarşılıqlı hörmətə, bir-birinin suverenliyinə və milli maraqlarına əsaslanan əməkdaşlığı vurğulayıblar.
Gürcüstan Prezidenti İran Prezidentinə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib”, - PA-nın açıqlamasında bildirilib.