BAKI, 1 iyul. TELEQRAF

“İranın nüvəsizləşdirilməsi (və ya silahından məhrum edilməsi) prosesi irəliləyir, tərəflər arasında Qətərdə keçirilən son görüşlər uğurlu olub”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən buna nüvəsizləşdirmə deyirəm, bu baş verir. Hər şey yaxşı gedir. Çox məhsuldar görüşlər keçiriblər. İndi görək nəticə necə olacaq”, - o bildirib.

Tramp İrana qarşı həyata keçirilən son hücumlara da toxunub:

“Bildiyiniz kimi, onları üç gecə ərzində çox sərt şəkildə vurduq, amma indi münasibətlərimiz çox yaxşı istiqamətdə inkişaf edir. Nüvəsizləşdirmə prosesi davam edir, onların nüvə silahı olmamalıdır, hər şey yaxşı gedir”.

ABŞ Prezidenti İrana qarşı əməliyyatları bərpa etmək niyyətində olmadıqlarını da açıqlayıb.