BAKI, 30 iyun. TELEQRAF

Oman Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiqi üçün ABŞ və digər Qərb ölkələrinə rəsmi təklif təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.

Təklifdə boğazdan istifadə üçün gəmiçilik şirkətlərindən xidmət haqlarının alınması nəzərdə tutulur. NYT qeyd edib ki, İran və Oman Vaşinqtonun etirazlarına baxmayaraq, bu planı irəli sürməyə davam edir.

ABŞ-nin İranla danışıqlar üzrə nümayəndə heyəti artıq müvafiq sənədi alıblar və bu yöndəki narahatlıqlarını Maskatla müzakirə etmək niyyətindədir.