BAKI, 29 iyun. TELEQRAF
“Oman bu su yolundan istifadə edən ölkələrlə Hörmüz boğazında dənizçilik və ətraf mühit xidmətlərini könüllü olaraq müzakirə edəcək”.
Teleqraf xəbər verir ki, bunu Oman xarici işlər naziri Bədr Əl-Busidi deyib.
O bildirib ki, Maskat Hörmüz boğazından keçid üçün rüsumların tətbiqini dəstəkləmir.
Busaidi vurğulayıb ki, İranla Hörmüz boğazı ilə bağlı gələcək istənilən razılaşmanın beynəlxalq hüquq çərçivəsində olacağı barədə razılığa gəlinib.
Oman xarici işlər naziri Hörmüz boğazı barədə istənilən anlaşmanın beynəlxalq hüquq çərçivəsində qalmalı olduğunu sözlərinə əlavə edib.