BAKI, 25 iyun. TELEQRAF
“Bəsrə körfəzi ölkələrinə qarşı (İran tərəfindən – red.) qəfil təcavüz nəticəsində yaranmış yeni geosiyasi reallıqlar bu ölkələrə zorla qəbul etdirilə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş İranın Hörmüz boğazında keçid rejimini dəyişdirmək cəhdlərini şərh edərkən deyib.
“Təcavüz nəticəsində formalaşmış yeni vəziyyətin qəbul etdirilməsi nəinki sabitlik gətirmir, əksinə, gələcək üçün yeni fikir ayrılıqları və münaqişələrin toxumlarını səpir”, - diplomat bildirib.
Qarqaş həmçinin vurğulayıb ki, bu yanaşma xüsusilə Hörmüz boğazı məsələsinə də aiddir.