BAKI, 18 iyun. TELEQRAF

NATO Türkiyənin Konya şəhərində SAMP/T hava hücümunda müdafiə sistemi (İtaliya) yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu sistem İspaniya, Türkiyə, ABŞ və NATO-nun bölgədəki digər hava müdafiə vasitələri ilə birlikdə alyansın potensial təhdidlərə qarşı 360 dərəcəlik müdafiə qabiliyyətini daha da gücləndirəcək.