BAKI, 18 iyun. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi ilə italiyalı Antonio Tacani Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumunu telefon danışığında müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri sosial mediada məlumat verib.
Nazirlər regional sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyi ilə bağlı razılığa gəlib, razılaşmanın sülhü möhkəmləndirmək üçün fürsət yaratdığını vurğulayıblar.