BAKI, 17 iyun. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı İran-ABŞ memorandumunu müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı İran xarici işlər naziri anlaşma memorandumunun təfərrüatlarını izah edib və ABŞ-nin onun müddəalarının düzgün şəkildə həyata keçirilməsi üçün məsuliyyətini və İsrailin Livana qarşı təcavüzünə tamamilə son qoyulmasının vacibliyini vurğulayıb”, - məlumatda bildirilib.

Lavrov və Əraqçi ikitərəfli münasibətlər və Yaxın Şərq gündəliyi ilə bağlı bir sıra məsələləri də müzakirə edib.