BAKI, 12 iyun. TELEQRAF
İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimi iyunun sonu və ya iyulun əvvəlinə planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Tehranın meri Əlirza Zakani bildirib.
"Dəfn mərasimi dövlət səviyyəsində, yüksək ehtiramla keçiriləcək və üç gün davam edəcək. Mərasimlərin paytaxt Tehranla yanaşı, ölkənin əsas dini mərkəzlərində də təşkil olunacağı, genişmiqyaslı matəm tədbirlərinin keçiriləcəyi gözlənilir",- o qeyd edib.