BAKI, 11 iyun. TELEQRAF

“ABŞ-nin ziddiyyətli Prezidenti Donald Tramp bombaların onu özünün yaratdığı bataqlıqdan xilas edə biləcəyini düşünür, amma İranın raketləri onu bataqlığında daha dərinə batıracaq”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezayi deyib.

Iran rəsmisinin iddiasına görə, ABŞ çətin seçimlə üzləşib:

“Amerika İranın şərtlərini qəbul etməklə dünyadakı olan-qalan nüfuzunu yerlə bir etmək arasında seçim etməlidir”.