BAKI, 10 iyun. TELEQRAF

“Müharibənin İran üçün zərəri infrastrukturun məhv edilməsi yox, Ali rəhbər Əli Xameneinin öldürülməsidir”.

Teleqraf xəbər verir ki, bunu İran Parlament Araşdırmalar Mərkəzinin rəhbəri Babək Neqahdari deyib.

O bildirib ki, İran bu müharibədə çoxlu itkilər verib, bunların bəziləri bərpaedilməzdir.

“Düzəlməz zərər məhv edilmiş obyektlərimiz və infrastrukturumuz yox, Xameneinin öldürülməsidir”, - Neqahdari əlavə edib.