BAKI, 10 iyun. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni qoşunlarını Yaxın Şərq ölkələrindən çıxarmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Silahlı qüvvələrimiz heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”, - Əraqçi bildirib.